#Hakan Fidan və Lavrovdan kritik zəng: İrandakı müharibə və enerji təhlükəsizliyi

Müzakirələrin əsas mövzusu ABŞ-İsrail və İran arasındakı müharibənin region ölkələrinə və beynəlxalq nizama yaratdığı risklər olub. Hakan Fidan müharibənin uzanmasının fəlakətli nəticələrə yol aça biləcəyini diqqətə çatdıraraq, tərəfləri tezliklə danışıqlar masasına qayıtmağa çağırıb. Eyni zamanda, nazirlər Ukrayna-Rusiya müharibəsinin mövcud vəziyyətini də nəzərdən keçiriblər. Fidan rəsmi Ankaranın Moskva və Kiyev arasında növbəti danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bir daha təsdiqləyib.