#İranla müharibədə yeni mərhələ: Strateji kosmik obyektlər hədəfdədir

İsrail ordusu İranın paytaxtı Tehranda hərbi kosmik proqramlar mərkəzini hədəf aldığını bəyan edib. İsrail hərbçilərinin iddiasına görə, məhv edilən obyekt İsrailin peykləri və digər ölkələrin kosmik sistemləri üçün birbaşa təhlükə yaradırdı. Bundan əvvəl, martın 14-də İsrail aviasiyası İran Kosmik Agentliyinin əsas mərkəzinə və hava hücumundan müdafiə vasitələri istehsal edən zavoda zərbələr endirmişdi. İran hakimiyyətinin son rəsmi məlumatlarına görə, münaqişə nəticəsində həlak olanların sayı artıq 1348 nəfəri keçib, 17 minə yaxın insan isə yaralanıb. Xatırladaq ki, amerika-israil hücumları nəticəsində İranın ali lideri ayətullah Əli Xamenei və bir sıra yüksək rütbəli məmurlar həlak olub.