#ABŞ və İran müharibəsində son vəziyyət: 7 min hədəf darmadağın edilib

Trampın sözlərinə görə, ABŞ ordusu Hörmüz boğazında naviqasiya təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirdiyi əməliyyatlar zamanı İrana məxsus 100-dən çox gəmini batırıb. O qeyd edib ki, boğazdakı İran hərbi gəmiləri ABŞ-ın birbaşa hədəfinə çevrilib və zərərsizləşdirilib. Bu açıqlama bölgədə davam edən hərbi əməliyyatların miqyasının nə dərəcədə böyük olduğunu bir daha nümayiş etdirir.