#Hakan Fidan: müharibə mümkün qədər tez dayandırılmalıdır

Türkiyənin xarici işlər naziri Hakan Fidan Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman ilə Ankarada keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında İran, ABŞ və İsrail arasında davam edən hərbi qarşıdurma barədə açıqlama verib. Nazir bildirib ki, regionda davam edən müharibə mümkün qədər tez dayandırılmalıdır. Onun sözlərinə görə, münaqişənin daha geniş coğrafiyaya yayılması Yaxın Şərqdə yeni təhlükəsizlik böhranı yarada bilər.