Bu təşəbbüs İraqın səmt qazının məşəllərdə yandırılmasının qarşısını almaq, qaz təminatında özünütəminat səviyyəsinə çatmaq və ölkənin elektrik şəbəkəsini dəstəkləmək üçün elektrik stansiyalarını yanacaqla təmin etmək istiqamətindəki ümumi səylərinin mühüm mərhələsidir.
#Bəsrə körfəzindəki vəziyyət neft bazarında dalğalanma yaradır
İranın xarici işlər naziri Abbas Araqçi beynəlxalq enerji bazarlarında müşahidə olunan qiymət artımının regionda artan siyasi və hərbi gərginliklə əlaqəli olduğunu bildirib. Nazirin sözlərinə görə, neft qiymətlərində son dövrdə qeydə alınan kəskin artım Yaxın Şərqdəki geosiyasi proseslərin birbaşa nəticəsidir. Araqçi qeyd edib ki, mövcud gərginlik və eskalasiya davam edərsə, enerji resurslarının qiymətində uzunmüddətli artım ehtimalı yüksəkdir.