#Despina xatun və Hüma xatun: Fatihin anası haqqında həqiqətlər

İstanbulun fəthindən sonra Sultan II Mehmedin xristian teologiyasına marağı və ortodokslara qarşı tolerant münasibəti Qərbdə müxtəlif şayiələrin yaranmasına səbəb olmuşdu. Fatih Sultan Mehmed İstanbulu güclə fəth etməsinə baxmayaraq, xristianların burada yaşamasına icazə verdiyi kimi, qaçanların da geri qayıtması üçün səy göstərib. Bir çox bizanslı istər İslamı qəbul etsin, istərsə də etməsin, Osmanlı imperiyasının xidmətinə qəbul edilib.