#BookHub: İnsan ruhunun dərinliklərinə səyahət - Nataşa və Nellinin ağrısı

Fyodor Dostoyevski dünya ədəbiyyatı tarixində insan ruhunun ən qaranlıq künclərinə işıq tutan, psixoloji roman janrını zirvəyə daşıyan dahi yazıçıdır. 1821-ci ildə doğulan müəllif, həyatı boyu maddi sıxıntılar, sürgünlər və xəstəliklərlə mübarizə aparsa da, bu acılardan bəşəriyyətin ən böyük sənət incilərini yaratmışdır. Onun yaradıcılığının mərkəzində "kiçik insan"ın faciəsi, əzab və mərhəmət durur.