#İşğaldan azad olunmuş ərazilərdə təhsilin inkişafı müzakirə edilib

Elm və təhsil naziri Emin Əmrullayev martın 10-da Ağdam şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrinin müəllimləri ilə görüş keçirib. Görüşdə sözügedən təhsil müəssisələrinin rəhbər heyəti də iştirak edib. Nazir çıxışı zamanı işğaldan azad olunmuş ərazilərdə müasir tədris mühitinin yaradılması və müəllimlərin peşə fəaliyyətini dəstəkləyəcək şəraitin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.