#İsrail ordusu: İran’dan füze atıldı

İsrail ordusu İran ərazisindən raket buraxılışlarının qeydə alındığını açıqlayıb. İsrail Müdafiə Qüvvələri (SAXAL) rəsmi bəyanat yayaraq İran ərazisindən İsrail istiqamətində raket atıldığını müəyyən etdiklərini bildirib. Açıqlamada qeyd olunub ki, hazırda bu təhdidin qarşısının alınması və zərərsizləşdirilməsi istiqamətində aktiv əməliyyatlar həyata keçirilir.