#Trampdan Pakistan Baş nazirinə tərif: Möhtəşəm işlər görür

ABŞ Prezidenti Donald Tramp Pakistan və Əfqanıstan arasında gərginləşən hərbi qarşıdurma ilə bağlı mühüm bəyanat verərək rəsmi İslamabadın yanında olduğunu bildirib. Teksas ştatına səfəri öncəsi Ağ Evin qarşısında jurnalistlərin suallarını cavablandıran Donald Tramp, iki ölkə arasındakı münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalına münasibət bildirib. Prezident ABŞ-ın bu prosesə müdaxilə edib-etməyəcəyi ilə bağlı suala cavab verərkən Pakistan rəhbərliyi ilə münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb.