#Paytaxtda fermer məhsullarının satışı keçiriləcək

Paytaxt sakinləri üçün 28 fevral – 1 mart tarixlərində şəhərdə “Kənddən Şəhərə” həftəsonu yarmarkası baş tutacaq. Yarmarka Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə keçiriləcək. Tədbirin əsas məqsədi yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır.