#BOKT International tahvil ihalesi tamamlandı

11 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir. Qeyd olunan AZ2043021024 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 25.02.2026-cı il tarixində yekunlaşmışdır. Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”nın 3.19 bəndinin tələblərinə cavab vermədiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınmır.