#Gəncədə turizm infrastrukturu gücləndirilir

Dövlət Turizm Agentliyi Azərbaycanın turizm baxımından cəlbedici məkanları, tarixi-mədəni abidələri və digər turizm nümayiş obyektləri üzrə turistik nişanların quraşdırılması istiqamətində layihələndirmə və icra tədbirlərini davam etdirir. Bu çərçivədə Gəncə şəhərində kompleks nişanlanma sistemi tətbiq edilib.