#Al Baraka Azerbaijan könüllüləri Həlava düşərgəsində uşaqlara ayaqqabı payladı

“Al Baraka Azerbaijan” könüllüləri “Qəzza – Ayaqqabı paylanması layihəsi № 921” çərçivəsində Şimali Qəzzada yerləşən Həlava düşərgəsində ehtiyaclı ailələrin uşaqlarına ayaqqabı paylayıb. Könüllülər aksiyanın Ramazan ayının mərhəmət və paylaşma ruhuna uyğun həyata keçirildiyini qeyd ediblər.