#Turab Rzayev

24 fevral 2022-ci ildə Rusiya Prezidenti Vladimir Putinin “xüsusi hərbi əməliyyat” adlandırdığı qərar Avropada İkinci Dünya müharibəsindən bəri ən böyük quru müharibəsinin başlanğıcına çevrildi. Kreml sürətli qələbə və Kiyevdə hakimiyyət dəyişikliyi planlaşdırırdı, lakin dörd il sonra müharibə uzanan, tükəndirici və yüksək maliyyətli qarşıdurma mərhələsinə keçib. Müharibənin ilk saatlarında Rusiya Ukrayna ərazisinə raket zərbələri endirdi, hava limanları və hərbi obyektlər hədəfə alındı. Sərhədə toplanmış qoşun birləşmələri paytaxt Kiyev istiqamətində irəlilədi və hətta şəhərin 15 kilometrliyinə qədər yaxınlaşdı. Lakin planlaşdırılan sürətli çöküş baş vermədi. Ukrayna rəhbərliyi geri çəkilmədi, əksinə, müqavimət təşkil etdi.