Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və "SABAH" qruplarının birgə təşkilatçılığı ilə keçiriləcək sayca ikinci “SECURE TOMORROW" hakatonuna qeydiyyat başlayıb. Hakatonda "SABAH" qruplarının bakalavr və magistr tələbələri komanda şəklində (hər komandada minimum 3, maksimum 5 nəfər olmaqla) iştirak edə bilər. Həmçinin, bakalavr və magistr qrupları bir komanda daxilində iştirak edə bilərlər. Yalnız SABAH qruplarında oxuyan tələbələr və SABAH qruplarının mövcud olduğu universitetlərin qeyri-SABAH tələbələri Hakatonda iştirak edə bilər. Qeyd edək ki, qeydiyyat yalnız komanda şəklində mümkündür və bir nəfər ancaq bir komandanın üzvü ola bilər.