#Nükleer enerjide dev adım: Berlin'den Rosatom projesine onay

Almaniya Federal Hökuməti Aşağı Saksoniya ştatının Lingen şəhərində Rusiyanın "Rosatom" dövlət korporasiyasının iştirakı ilə həyata keçiriləcək nüvə layihəsinə razılıq verib. Almaniya Nazirlər Kabineti ekspertizadan sonra layihənin müəyyən məhdudiyyətlərlə icrasına icazə verməyi müzakirə edir. Fransanın "Framatome" konserninin törəmə müəssisəsi olan "Advanced Nuclear Fuels GmbH" şirkəti Lingen zavodunda Rusiya konstruksiyalı yanacaq elementlərinin istehsalını təşkil etməyi planlaşdırır.