#Bakı Ekspo Mərkəzi

Noyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalını (SAF 2025) ziyarət ediblər.

Noyabrın 5-də Bakıda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ölkəmizdə formalaşmış nümunəvi tolerantlıq və multikulturalizm mühitini, dinlərarası harmoniyanı, həmrəyliyi, mədəni müxtəlifliyi, birgəyaşayış dəyərlərini təbliğ və təşviq etmək məqsədilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Fərqliliyin rəngi” festivalı keçiriləcək.

Bakı Expo Mərkəzi, XI Beynəlxalq Bakı Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən buraxılmış Elçin Əhmədovun “ Şuşa – Tarixi-Mədəni İrs” kitabının təqdimat mərasimi keçirilib. Təqdimatın açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova kitabın nəşrini mühüm mədəni hadisə kimi qiymətləndirərək qeyd edib ki, Şuşa şəhəri yalnız Azərbaycan xalqı üçün deyil, bütün Türk dünyası üçün müqəddəs bir məkandır. O bildirib ki, Fond tərəfindən həyata keçirilən bu nəşr layihəsi qədim Şuşanın zəngin tarixi, mədəni irsi və dünya sivilizasiyasındakı rolunun beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir.

Oktyabrın 1-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib. Tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, ədəbiyyat, elm və mədəniyyət xadimləri və xarici qonaqlar iştirak ediblər. Açılış mərasimində çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu bildirib ki, Bakı Beynəlxalq Kitab Sərgisi Azərbaycanın mədəni potensialını, nəşriyyat işinin inkişafını və dünya ədəbiyyatı ilə əlaqələrini nümayiş etdirmək baxımından böyük əhəmiyyət daşıyır. O bu cür layihələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr tarixlərində 7-dək Bakı Ekspo Mərkəzində keçiriləcək XI Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2025) ilə bağlı mətbuat konfransı təşkil olunub.Sərginin əsas məqsədi cəmiyyətdə kitaba olan marağı artırmaq, mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsindəki rəqəmsal yeniliklərlə tanış etmək, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləməkdir.