#Formula 1 trası Sea Breeze-ə köçürülə bilər: Yeni detallar

Sea Breeze layihəsi nüfuzlu beynəlxalq BEMA mükafatının “Ən Yaxşı Beynəlxalq Tədbir Məkanı” nominasiyası üzrə qalib elan edilib. Münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilən Sea Breeze, müasir kurort mühiti ilə beynəlxalq səviyyəli tədbir infrastrukturunu özündə birləşdirən unikal ekosistem kimi xarakterizə olunub. Məkanın müxtəlif formatlara – həm butik tədbirlərə, həm də genişmiqyaslı festivallara asanlıqla uyğunlaşması onun əsas rəqabət üstünlüyü kimi qeyd edilib.