#Türk dünyası birliyi: Kərkük və Azərbaycanın qırılmaz bağları

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kərkük Mədəniyyət Dərnəyinin təsisçisi və rəhbəri Şəmsəddin Kuzəçi ilə görüşüb. Komitə sədri Azərbaycan icmalarının hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı ilə əhatə olduğunu vurğulayıb. Xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyalarına, milli dəyərlərə sadiqliyini və xalqımızın qədim mədəniyyətinin təbliği istiqamətində gördükləri işləri yüksək qiymətləndirib.