#TPAO-nun qlobal yüksəlişi: Somalidə aprel ayında ilk qazma

Enerji müstəqilliyi hədəfinə doğru qətiyyətlə irəliləyən Türkiyə, tədarük təhlükəsizliyinin mühüm dayağı olan neft və təbii qaz axtarış-hasilat işlərini Qara dənizdəki Sakarya Qaz Sahəsi və Qabar başda olmaqla, quru və dəniz sahələrində gücləndirməyə davam edir. Hazırda gündəlik təxminən 300 min barel neft ekvivalentində hasilat həyata keçirən Türkiyə Petrolları Anonim Ortaqlığının (TPAO) hasilatının 2028-ci ildə 500 min barelə, uzunmüddətli perspektivdə isə 1 milyon barelə çatdırılması hədəflənir.