#Cenevrədə üçtərəfli danışıqların nəticəsi

Almaniya kansleri Fridrix Merts Ukrayna münaqişəsinin yaxın zamanda danışıqlar yolu ilə başa çatmasının real görünmədiyini bildirib. Onun sözlərinə görə, “bu müharibə yalnız iki tərəfdən biri hərbi və ya iqtisadi baxımdan tükənəndə sona çata bilər”. Kansler qeyd edib ki, münaqişənin sürətli şəkildə danışıqlar yolu ilə həllinə böyük ümidlər görmür.