#Hörmüz boğazının neft ixracatındakı strateji rolu

ABŞ prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bəyan edib. Qeyd olunur ki, ABŞ rəhbərliyi boğazın açılması üçün genişmiqyaslı hərbi əməliyyatların 4–6 həftəlik planlaşdırılan müddətdən daha uzun çəkəcəyini hesab edir və bu səbəbdən alternativ variantlara üstünlük verir. Bununla yanaşı, Vaşinqton Avropa və Körfəz müttəfiqlərini prosesə cəlb etməyi nəzərdən keçirir.

İranın "ISNA" xəbər agentliyinin hərbi sözçüyə istinadən verdiyi məlumata görə, sabah — cümə axşamı günü İran və müttəfiqi Rusiya Oman dənizində birgə hərbi təlimlər keçirəcək. Bu qərar İran və ABŞ arasında aparılan danışıqlardan dərhal sonraya təsadüf edir. Hərbi sözçü Həsən Maqsudlu bildirib ki, "Birgə Dəniz Təlimləri" Oman dənizi və Hind okeanının şimal hissəsində baş tutacaq. Maqsudlunun sözlərinə görə, təlimlərin məqsədi regionda dəniz təhlükəsizliyini gücləndirmək və hər iki ölkənin hərbi dəniz qüvvələri arasında əlaqələri inkişaf etdirməkdir. Təlimlərin nə qədər davam edəcəyi barədə məlumat verilməyib.