Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Türkiyə Nəşriyyat Peşə Birliyinin təşkilatçılığı və Anadolu Agentliyinin qlobal kommunikasiya tərəfdaşlığı ilə Şişli rayonundakı Taş Yapı Tədbir və Konqres Mərkəzində keçirilən forum üç gün davam edib. Tədbirdə 73 ölkədən 335 naşir iştirak edib. Forum beynəlxalq telif hüquqları mübadiləsi və nəşriyyat sahəsində əməkdaşlıq baxımından sektorun mühüm platformalarından biri kimi qiymətləndirilib.