#Rusya'da iletişim krizi: Telegram kısıtlaması orduda tepki çekti

Rusiyada Telegram messencerinin sürətinin azaldılması və tətbiq edilən məhdudiyyətlər hakimiyyət daxilində ciddi qarşıdurmaya səbəb olub. "Ədalətli Rusiya" partiyasının lideri Sergey Mironov "Roskomnadzor"un bu qərarını sərt şəkildə tənqid edərək, təşəbbüskarları "idiotlar" və "əclaf kimsələr" adlandırıb. Parlamentari bu qərarı verənlərin "xüsusi hərbi əməliyyat" zonasına göndərilməli olduğunu bildirib. Mironovun sözlərinə görə, Telegram hazırda cəbhədəki hərbçilər üçün ailələri ilə əlaqə saxlamaq və yardım toplamaq üçün yeganə etibarlı vasitədir: "İnsanlar orada həlak olur, siz isə burada nə edirsiniz?" – deyə o, kəskin etirazını bildirib.