10 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) rəhbərliyi Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyasının nümayəndə heyəti ilə görüş keçirib. Görüş çərçivəsində Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov IMF-in Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə “Maliyyə bazarları: son inkişaflar, islahat istiqamətləri və Azərbaycanda maliyyə dərinləşməsi perspektivləri” mövzusu ətrafında geniş fikir mübadiləsi aparıb.