Türkiyədə daxili işlər naziri vəzifəsinə yeni təyinat həyata keçirilib. “Rəsmi Qəzet”də dərc olunan Prezident qərarına əsasən, Daxili İşlər Nazirliyinə Ərzurum vilayətinin qubernatoru Mustafa Çiftçi təyin edilib. Təyinat Türkiyə Konstitusiyasının 104-cü və 106-cı maddələrinə uyğun olaraq reallaşdırılıb. Mustafa Çiftçi uzun illər dövlət idarəçiliyi sahəsində müxtəlif vəzifələrdə çalışıb. O, 1970-ci ildə Konya vilayətinin Çumra rayonunda anadan olub. 1990-cı ildə Konya İmam-Xətib Liseyini bitirib.
#Türkiyənin yeni Daxili İşlər və Ədliyyə nazirləri bəlli oldu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə rəsmi qəzetdə ("Resmi Gazete") dərc olunan qərara əsasən, ölkə kabinetində iki mühüm təyinat reallaşıb. Türkiyə Prezidenti tərəfindən həyata keçirilən kabinet dəyişikliyi nəticəsində Daxili İşlər naziri Ali Yerlikayanın yerinə Ərzurum valisi Mustafa Çiftçi təyin edilib. Eyni zamanda, Ədliyyə naziri Yılmaz Tunç yerinə İstanbul Baş prokuroru Akın Gürlek gətirilib.