#Əli Laricani

İranın ali lideri Ayətullah Əli Xameneyinin müşaviri Əli Laricani çərşənbə aqşamı nümayəndə heyəti ilə birlikdə Omana səfər edəcək. Bu barədə bazar ertəsi İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb. Səfərin regionda gərginliyin artdığı və diplomatik təmasların intensivləşdiyi bir vaxta təsadüf etməsi diqqət çəkir. Ötən həftə Omanın vasitəçiliyi ilə ABŞ və İran diplomatları arasında dolayı danışıqlar baş tutub. Bu danışıqlar ABŞ-ın İran yaxınlığındakı dəniz qüvvələrini gücləndirdiyi və Tehranın hər hansı bir hücum qarşısında sərt cavab verəcəyini vəd etdiyi bir şəraitdə diplomatiyanı canlandırmağa xidmət edir. Laricaninin səfəri bu proseslərin davamı kimi qiymətləndirilir.

İranın yüksək rütbəli rəsmisi və Rusiya Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın İrandakı etirazlara müdaxilə ilə bağlı son təhdidlərinə sərt cavab veriblər. İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani mülki vətəndaşların ölümünə görə birbaşa ABŞ və İsrailin məsuliyyət daşıdığını bəyan edib. Donald Trampın sosial mediada iranlıları dövlət müəssisələrini ələ keçirməyə çağıran paylaşımından qısa müddət sonra Laricani "X" platformasında "İran xalqının əsl qatillərinin adlarını açıqlayırıq: 1-Tramp, 2-Netanyahu" deyə yazıb.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, Tehran yalnız həqiqi və nəticəsi əvvəlcədən planlaşdırılmamış danışıqları qəbul edə bilər. Pakistanın paytaxtı İslamabadda, İran səfirliyində regional və beynəlxalq sülh və təhlükəsizlik sahəsində fəaliyyət göstərən beyin mərkəzlərinin rəhbərləri və mütəxəssislərlə görüşündə çıxış edən Laricani vurğulayıb ki, ABŞ özünü bütün qlobal proseslərin mərkəzi kimi təqdim etməyə çalışsa da, bu, “özünü aldatmaqdan” başqa bir şey deyil.

İran və Pakistanın yüksək səviyyəli rəsmiləri İslamabadda keçirilən görüşdə Fələstin xalqına dəstək məqsədilə birgə və koordinasiyalı fəaliyyətin vacibliyini qeyd ediblər. İranın Ali Milli Təhlükəsizlik Şurasının (SNSC) katibi Əli Laricani və Pakistan Xarici İşlər naziri Məhəmməd İshaq Dar arasında keçirilən görüşdə son regional inkişaflar və İslam ölkələrinin ortaq çağırışlarla mübarizədə birgə addımlar atmasının zəruriliyi müzakirə olunub.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanı bazar ertəsi, 24 noyabr tarixində “dost və qardaş” Pakistan ölkəsinə rəsmi səfər edəcək. Bu barədə o, X sosial şəbəkəsində paylaşım edib. Laricanı bildirib ki, İran xalqı heç vaxt Pakistan xalqının İrana dəstəyini unutmur. O, xüsusilə İsrail rejimi və ABŞ-ın iyun ayında İrana qarşı tətbiq etdiyi 12 günlük işğalçı müharibə zamanı Pakistanın göstərdiyi dəstəyi xatırladıb.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Lariçani ölkədə dərinləşən siyasi qarşıdurmalar barədə ciddi xəbərdarlıq edib. Cümə günü humanitar elmlər üzrə mütəxəssislərlə görüşdə çıxış edən Lariçani bildirib ki, bəzi siyasi fiqurlar “hazırkı mərhələnin həssaslığını və təhlükəsini” hələ tam anlamayıb və daxili çəkişmələri “əsassız rahatlıqla” davam etdirirlər.

İran Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Laricani, ABŞ-ın İranın raket proqramı ilə bağlı irəli sürdüyü şərtlərin nüvə danışıqlarını mənfi təsirə məruz qoyduğunu bildirib. İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Laricani İran Ticarət və Sənaye Palatasında çıxışı zamanı Qərblə aparılan nüvə danışıqlarında irəliləyişin olmamasına dair açıqlamalar verib. O bildirib ki, ABŞ danışıqlarda İranın raketlərinin uçuş məsafəsinin 500 kilometrdən aşağı salınmasını tələb edir.

Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman çərşənbə axşamı paytaxt Ər-Riyadda İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Laricani ilə görüş keçirib. AzerVoice xəbər verir ki, görüş zamanı tərəflər regiondakı son durum və Səudiyyə–İran münasibətlərini müzakirə ediblər. Danışıqlarda ikitərəfliəlaqələrin inkişafı, eləcə də siyasi, təhlükəsizlik və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ön planda olub.

Beynəlxalq məsələlər üzrə ixtisaslaşmış jurnalist və tədqiqatçı Barbara Slavin 2024-cü ildə keçirilən İran prezident seçkilərindən Əli Laricaninin kənarlaşdırılmasını şərh edərkən, onunla dörd dəfə görüşmüş biri kimi, bu hadisəni yalnız belə ifadə etmişdi: “Bu, bir zamanlar İran İslam Respublikasında ən nüfuzlu ailələrdən biri olmuş ailənin nüfuzunun tamamilə sönməsinin bariz göstəricisidir”.

Tehran nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlardan imtina etməyib, lakin Vaşinqtonun irəli sürdüyü şərtləri qəbuledilməz hesab edir. Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib. “ABŞ-la danışıqlar yolu hələ bağlanmayıb. Amma amerikalılar yalnız danışıqlardan yana olduqlarını deyir, masa arxasına əyləşmirlər və əsassız olaraq buna görə İranı ittiham edirlər” – deyə, Laricani “X” sosial şəbəkəsində yazıb.

İsrailin Baş naziri Benyamin Netanyahu açıq şəkildə bildirir ki, İsrail “İran xalqını azad etmək” üçün vasitələr hazırlayır. Müdafiə naziri İsrael Kats isə hələ də İranın ali rəhbəri Əli Xameneinin öldürüləcəyi ilə hədələyir. İsrailin keçmiş milli təhlükəsizlik müşaviri Giora Eiland gələcək barədə belə deyir: “Məncə, gələcəkdə biz bu müharibəni ‘İranla birinci müharibə’ adlandıracağıq, çünki İranla yeni müharibələrin baş verməsi demək olar ki, qaçılmazdır”.

İranın İsraillə müharibəsi hələ bitməyib. Bu fikirləri İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani səsləndirib. “Bu müharibə yalnız atəşkəs xəttində dayandırılıb. Anlamalıyıq ki, müharibə başa çatmayıb. Biz daim hazır olmalı, birliyimizi və həmrəyliyimizi qorumağa məcburuq”, – deyə Laricani bildirib.