ABŞ-ın nüfuzlu nəşrlərindən biri olan The Washington Post qəzetinin baş direktoru Uill Lyuis istefa verdiyini açıqlayıb. Qərar redaksiyada işçilərin təxminən üçdə birinin ixtisarı ilə bağlı məlumatın yayılmasından cəmi bir neçə gün sonra verilib. Uill Lyuis istefa qərarını kollektivə ünvanladığı məktubda açıqlayaraq bildirib ki, iki il davam edən struktur dəyişikliklərindən sonra “kənara çəkilməyin doğru zamanı çatıb”. Onun səlahiyyətlərini müvəqqəti olaraq qəzetin maliyyə direktoru Ceff D’Onofrio icra edəcək və o, vəzifəsinin icrasına dərhal başlayır.