Yeni elmi araşdırma göstərib ki, insanların şəxsiyyət xüsusiyyətləri onların ömür uzunluğuna birbaşa təsir göstərə bilər. Mütəxəssislər hesab edir ki, bu nəticələr gələcəkdə fərdiləşdirilmiş tibbi xidmətlərin formalaşmasına təkan verəcək. Araşdırmanın nəticələrinə görə, nizamlı, məsuliyyətli, aktiv, yardımsevər və çalışqan şəxslər daha uzun ömür sürürlər. Əvəzində pessimist, narahat və stressə meyilli insanlar daha yüksək ölüm riski ilə üzləşirlər.
#psixalogiya
Yeni elmi araşdırmaya görə, başqalarına mütəmadi şəkildə yardım edən orta yaş və yaşlı insanlar, bunu etməyənlərlə müqayisədə daha yavaş zehni (bilişsel) geriləmə yaşayır. Nəticələr beynin sağlam qalması üçün sosial fəaliyyətlərin mühüm rol oynadığını ortaya qoyub.
Sosial mediada son dövrlərdə populyarlaşan “Yapon yürüşü” adlı fitness metodu, həm fiziki gücü artırmaq, həm də zehni sağlamlığı dəstəkləmək baxımından mütəxəssislərin diqqətini cəlb edib.
Yeni elmi araşdırma göstərib ki, uzun müddət intensiv yas tutan şəxslər sevdiklərinin ölümündən sonrakı on il ərzində daha yüksək ölüm riski ilə üz-üzə qalır.
Ağıllı telefona 13 yaşından əvvəl çıxış əldə edən uşaqlarda intihar düşüncələri, aşağı özünə dəyər hissi və reallıqdan uzaqlaşma hallarının daha çox müşahidə olunduğu ortaya çıxıb.
İngiltərə hökuməti, 16 yaşadək uşaqları ekran asılılığından və zərərli onlayn məzmunlardan qorumaq məqsədilə sosial media istifadəsinə gündəlik iki saatlıq limit və gecə istifadəsinə məhdudiyyət tətbiq etməyi planlaşdırır.