#Hindistanla ABŞ arasında yeni ticarət sazişi imzalanacaq

Hindistan və ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi çərçivəsində iri həcmli ticarət və tədarük razılaşması üzrə mühüm detallar ictimaiyyətə təqdim olunub. Hindistanın ticarət və sənaye naziri Piyuş Qoyalın açıqlamasına əsasən, ABŞ-dən təyyarə tədarükü ilə bağlı “Boeing” şirkətinə verilməsi planlaşdırılan və hazır vəziyyətdə olan sifarişlərin ümumi dəyəri təxminən 70–80 milyard dollar təşkil edir. Nazir bildirib ki, mühərriklər və ehtiyat hissələri də nəzərə alındıqda bu məbləğ 100 milyard dollara çata bilər.