#BMT-də Azərbaycanın sülh təşəbbüsləri müzakirə edilib

1–7 fevral tarixlərində keçirilən Ümumdünya Dinlərarası Harmoniya Həftəsi çərçivəsində Azərbaycan nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında təşkil olunan yüksək səviyyəli paneldə iştirak edib. Paneldə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyə verdiyi töhfələrdən, eləcə də “Bakı Prosesi”nin mədəniyyətlərarası dialoq sahəsində qlobal platforma kimi rolundan danışıb.