Ukrayna tərəfi Rusiyanın paytaxt Kiyev və Xarkiv şəhərlərinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə hava hücumları həyata keçirdiyini bildirib. Kiyev şəhərinin meri Vitali Kliçko sosial şəbəkə hesabında verdiyi açıqlamada, Rusiya ordusunun paytaxta PUA hücumu təşkil etdiyini qeyd edib. Onun sözlərinə görə, hücum nəticəsində şəhərdə uşaq bağçası və bir neçə yaşayış binası zərər görüb, ilkin məlumata əsasən iki nəfər yaralanıb.