Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, 8 dekabr 2024-cü ildən bu günə qədər 509 min 387 suriyalının könüllü şəkildə vətəninə döndüyünü açıqlayıb. Nazir Yerlikaya sosial şəbəkədə paylaşdığı məlumatda bildirib ki, Türkiyə könüllü geri dönüş prosesində də suriyalıların yanında yer alır. Onun sözlərinə görə, Suriyadakı vəziyyətin dəyişməsi könüllü qayıdışların sürətlənməsinə səbəb olub. Yerlikaya qeyd edib ki, 2016-cı ildən bəri ümumilikdə 1 milyon 249 min 390 suriyalı könüllü şəkildə vətəninə dönüb.
#könüllü
Türkiyənin vitse-prezident Cevdet Yılmaz 2024-cü il dekabrın 8-dən etibarən Suriyaya könüllü olaraq qayıdanların sayının 273 mini keçdiyini açıqlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Qızıl Aypara Cəmiyyətinin yaranmasının 157-ci ildönümü münasibətilə paylaşım edərək təşkilatın fədakar fəaliyyəti və tarixi əhəmiyyətini vurğulayıb.