Yanvarın 31-də Oman Sultanlığının Maskat şəhərində yerləşən “Royal Opera House Muscat” səhnəsində Cakomo Puççininin “Toska” operasının premyerası olacaq. Tamaşada əsas partiya olan Mario Kavaradossi rolunu Azərbaycanın Xalq artisti Yusif Eyvazov ifa edəcək. Səhnə əsəri izləyicilərə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xorunun müşayiəti ilə təqdim ediləcək.