#Bakıda duman səbəbindən sürət həddi endirildi

Bakıda müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi–Hava Limanı avtomobil yolunun bəzi zolaqlarında sürət həddi müvəqqəti olaraq 20 km/saat müəyyən edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, mövcud hava şəraiti nəzərə alınaraq məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib.