#İran–ABŞ gərginliyi

Ukrayna Prezidenti beynəlxalq gündəmdə prioritetlərin dəyişməsi fonunda Vaşinqtona mühüm mesaj verib. Zelenski vurğulayıb ki, münaqişənin həlli təxirə salınmamalıdır və beynəlxalq dəstək davam etməlidir. Onun sözlərinə görə, Yaxın Şərqdə gərginliyin artması Ukraynaya nəzərdə tutulan bəzi silah tədarüklərinin gecikməsinə səbəb olub.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi ölkə ərazisindən üç İran vətəndaşını deportasiya edib. Nazirliyin açıqlamasında vurğulanıb ki, SEPAH ABŞ Prezidenti Donald Trampın 2019-cu il qərarı ilə xarici terror təşkilatı kimi tanınıb. Nazirlik qeyd edib ki, deportasiya olunan şəxslər 2024-cü ildə ABŞ ərazisinə qeyri-qanuni yollarla daxil olublar.