Federal Parlamentin etimadını qazanaraq səs çoxluğu ilə prezident seçildikdən sonra, mərhum Cəlal Talabaninin sirdaşı Nizar Amidi konstitusiyaya uyğun olaraq and içib. O, 2003-cü ildə Səddam Hüseyn rejiminin devrilməsindən sonra İraqın altıncı prezidenti olub. Parlament şənbə günü keçirilən iki mərhələli səsvermədən sonra Amidini seçib. O, birinci turda ən güclü rəqibi olan Xarici İşlər naziri Fuad Hüseyni, ikinci turda isə kürd islamçı lider Müsənna Əmini geridə qoyub.
#Fuad Hüseynin namizədliyi İraqda gərginlik yaratdı
İraq parlamenti ölkənin yeni prezidentinin seçilməsi prosesini təxirə salıb. Bu qərar İraqın Kürd adminstrasiyası və İraq Kürd Yurdsevərlər İttifaqı arasında prezident postuna namizəd məsələsində razılığın əldə olunmaması ilə bağlı verilib. İraq Xəbər Agentliyinin məlumatına görə, çərşənbə axşamı keçirilməsi planlaşdırılan səsvermə hər iki İraq Kürd adminstrasiyasının müraciəti əsasında daha geniş məsləhətləşmələr aparılması məqsədilə ertələnib.