Türkiyə ilə Nigeriya arasında müxtəlif sahələri əhatə edən 9 mühüm əməkdaşlıq sazişi imzalanıb. Sənədlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Nigeriya Prezidenti Bola Əhməd Tinubunun iştirakı ilə Prezident Sarayında keçirilən görüşlərdən sonra rəsmiləşdirilib.
#Ankarada Ərdoğan–Tinubu görüşü keçirildi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nigeriya Prezidenti Bola Əhməd Tinubu ilə Ankarada keçirilən görüşdən sonra mühüm açıqlamalar verib. Türkiyəyə rəsmi səfər edən Nigeriya Prezidenti Bola Əhməd Tinubu rəsmi mərasimlə qarşılanıb, nümayəndə heyətləri arasında aparılan danışıqlardan sonra iki lider birgə mətbuat konfransı keçirib. Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında Türkiyə–Nigeriya münasibətlərinin daha da inkişaf etdirilməsi üçün konkret addımlar atıldığını bildirib.