#Real Madrid

Portuqaliya millisinin baş məşqçi postuna 2026-cı il Dünya Kubokundan sonra Joze Mourinyonun namizəd göstəriləcəyi gözlənilir. Mediada yayılan məlumatlara görə, Portuqaliya Futbol Federasiyası ABŞ, Kanada və Meksikada keçiriləcək 2026 Dünya Kubokunun ardından hazırkı baş məşqçi Roberto Martinesin müqaviləsinin başa çatması fonunda bu posta Joze Mourinyonu dəvət etməyi planlaşdırır.

Xabi Alonso “Mançester Siti”nin baş məşqçisi ola bilər. "The Telegraph"ın məlumatına görə, “Real” və “Bayer”in sabiq baş məşqçisinin Pep Qvardiolanın mümkün varisləri sırasında nəzərdən keçiriləcək ən azı üç namizəddən ibarət qısa siyahıya daxil ediləcəyi gözlənilir. Kataloniyalı mütəxəssisin yayda postunu tərk edəcəyinə dair inam artsa da, “Mançester Siti”dəki mənbələr bunun belə olmadığını bildirirlər.

Kilan Mbappé Çempionlar Liqasında rekorda imza atıb. "Real"ın hücumçusu "Benfika" ilə oyunda 30-cu dəqiqədə hesabı açıb. Bu, onun cari mövsümdəki 12-ci qolu olub.

İspaniyanın Real Madrid klubunun əfsanəvi futbolçusu Serxio Ramos doğma klubu Sevilyanın səhmlərini əldə etmək istiqamətində mühüm mərhələni geridə qoyub. Məlumata əsasən, Serxio Ramos argentinalı sahibkar, ABŞ-da futbol yönümlü investisiya qrupu olan “Five Eleven Capital”ın baş icraçı direktoru Martin İnk ilə birgə hərəkət edir. Bildirilir ki, Ramos klubun bir neçə əsas səhmdarı ilə niyyət protokolu imzalayıb və növbəti mərhələ hüquqi və maliyyə yoxlamalarını əhatə edəcək.