#Süveyda vilayəti

Suriyanın Prezidenti Əhməd əş-Şəraa Süveyda vilayətinin şagirdlərinə əsas və orta təhsil üzrə buraxılış imtahanlarında iştirak üçün xüsusi sessiyanın keçirilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, 2026-cı il imtahanlarında iştirak etməyən və ya bütün fənlər üzrə imtahan verə bilməyən, tələb olunan şərtlərə cavab verən şagirdlər xüsusi sessiyada iştirak edə biləcək.

İordaniya elan edib ki, Silahlı Qüvvələri bu gün, bazar günü sübh tezdən "İordaniya Çəkindirmə Əməliyyatı" çərçivəsində krallığın şimal sərhəd xəttində silah və narkotik tacirlərinə məxsus bir sıra nöqtələrə hava zərbələri endirib. Suriya mənbələri isə zərbələrin ölkənin cənubundakı Süveyda bölgəsini hədəf aldığını bildirib.

Suriya hakimiyyəti ölkənin cənubunda druzların sıx yaşadığı Cəbəl əl-Ərəb (Süveyda) bölgəsinə nəzarəti bərpa etmək üçün ABŞ-la koordinasiyalı şəkildə hərəkət edir. Məlumata əsasən, hərbi məsələlərlə maraqlanan suriyalı rəsmi bildirib ki, Suriya hökuməti Prezident Əhməd əş-Şəraanın Süveyda vilayətinə nəzarəti bərpa etməsi istiqamətində atdığı addımların ABŞ tərəfindən koordinasiya edildiyi və dəstəkləndiyi qənaətindədir. Onun sözlərinə görə, Dəməşq hələlik Süveydaya yenidən daxil olmaqla bağlı yekun qərar verməyib və bu prosesin “tez ya gec, mümkün qədər dialoq və qarşılıqlı anlaşma yolu ilə” baş verəcəyi gözlənilir.