#NATO sınır bölgelerinde insansız sistemler kuracak

NATO alyansı yaxın iki il ərzində şərq cinahında müdafiə imkanlarını kəskin şəkildə artırmağı planlaşdırır. Almaniyanın “Welt am Sonntag” nəşrinə danışan general NATO-nun Rusiya və Belarusla həmsərhəd bölgələrdə silah-sursat ehtiyatlarını artıracağını bildirib. Planlara əsasən, sərhəd zonalarında uzaqdan idarə olunan robot sistemləri ilə təchiz edilmiş xüsusi müdafiə sahələri yaradılacaq. Bu sistemlərin mümkün hücum zamanı qarşı tərəfin irəliləyişini ləngitməsi və NATO hərbçiləri arasında itkilərin minimuma endirilməsi nəzərdə tutulur.