#Bayraktaroğlu ABŞ və altı ölkənin ordusu ilə danışıqlar apardı

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu NATO çərçivəsində ABŞ və bir sıra ölkələrin silahlı qüvvələrinin baş qərargah rəisləri ilə mühüm ikitərəfli görüşlər keçirib. Türkiyə Respublikası Baş Qərargahının yaydığı məlumata əsasən, ordu generalı Selçuk Bayraktaroğlu NATO Hərbi Komitəsinin Baş Qərargah Rəisləri toplantısı çərçivəsində ABŞ Baş Qərargah rəisi, ordu generalı Con Daniel Keyn ilə ikitərəfli görüş keçirib. Görüş zamanı ikitərəfli hərbi münasibətlər və regional təhlükəsizlik məsələləri müzakirə olunub.