#cinayətkarlığa qarşı mübarizə

Ankarada mənfəət əldə etmək məqsədi güdən cinayətkar qruplaşmaya qarşı keçirilən əməliyyatda saxlanılan 23 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib. Ankara Respublika Baş Prokurorluğunun koordinasiyası ilə aparılan istintaq çərçivəsində, Ankara İl Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən İ.Ş.-nin liderlik etdiyi cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib. Polis qrupları; "nitelikli yağma" (reketlik), narkotik və stimullaşdırıcı maddələrin ticarəti, şəxsi istifadə üçün narkotik saxlama, hədə-qorxu gəlmə, qanunsuz silah gəzdirmə və saxlama, silah və sursat ticarəti, cinayət sübutlarını məhv etmə, gizlətmə və ya dəyişdirmə, məhkəmə prosesinə təsir göstərməyə cəhd, həmçinin iş və çalışma azadlığına mane olma cinayətlərini törətdiyi müəyyən edilən 23 şübhəlini saxlayıb.

Yanvarın 23-də Daxili İşlər Nazirliyində 2025-ci ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. Hesabat məruzəsində vurğulanıb ki, ötən il əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 31.852 cinayət qeydə alınıb, onlardan 90,5 faizi açılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 310 fakt təşkil edib. Cinayətlərin 92,8 faizi və ya 29.572-i daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində araşdırılan hüquqazidd əməllər olmaqla 93,5 faizinin açılması təmin edilib. Cinayətlərin ağır və xüsusilə ağır növlərinin 90,1, qeyri-aşkar şəraitdə baş verənlərin 90,9, şəxsiyyət əleyhinə olanların 98,9, mülkiyyət əleyhinə olanların 89,5 faizi, qəsdən adam öldürmələrin, qəsdən sağlamlığa ağır zərər vurmaların, soyğunçuluqların və quldurluqların hamısı açılıb.