Suriyanın şimal-şərqində yerləşən Həsəkə vilayətinin Şəddadi bölgəsində YPG/SDQ-nin nəzarətində olan həbsxanadan İŞİD üzvlərinin azad edilməsi təhlükəsizliklə bağlı ciddi narahatlıqlar yaradıb. Adının açıqlanmasını istəməyən Suriya hökumət rəsmisi YPG/SDQ-nin Şəddadi həbsxanasından İŞİD üzvlərini buraxaraq bu məsələni bölgədə daha çox xaos və terror yaratmaq üçün alətə çevirdiyini bildirib. Rəsmi şəxs bu addımın həm daxili təhlükəsizlik, həm də regional sabitlik üçün ciddi risk daşıdığını vurğulayıb.