Türk Hərbi Dəniz Qüvvələri NATO-nun Amfibiya Tapşırıq Qüvvəsi Komandanlığı və Çıxarma Qüvvələri Komandanlığı çərçivəsində bir sıra beynəlxalq təlim və əməliyyatlarda iştirak edəcək. Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi sosial şəbəkə hesabında yayılan məlumata görə, NATO Müttəfiq Reaksiya Qüvvəsi tərkibində olan bu iki mühüm vəzifə 1 iyul 2025-ci ildən 30 iyun 2026-cı ilədək Türk Hərbi Dəniz Qüvvələri tərəfindən icra olunacaq.