Davosda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında geniş tərkibdə görüş başlayıb.
#Davos
Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında səmimi dialoq baş tutub. Qeyri-rəsmi dialoq Dünya İqtisadi Forumu çərçivəsində “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimi zamanı baş tutub. Qeyd edək ki, Sülh Şurasının bəyan edilmiş məqsədi “sabitliyə töhfə vermək, qanuni idarəetməni bərpa etmək və münaqişə bölgələrində davamlı sülhü təmin etmək”, ilk növbədə isə 2023–2025-ci illər müharibəsindən sonra Qəzza sektorunda bu məqsədlərə nail olmaqdır.
ABŞ iqtisadiyyatı Beynəlxalq Valyuta Fondunun (BVF) ötən ilin aprel ayında proqnozlaşdırdığından iki dəfə sürətli böyüyəcək. ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışında deyib. "Cəmi bir ildən bir az çox əvvəl, radikal solçu Demokratların dövründə biz ölü bir ölkə idik. İndi ABŞ iqtisadiyyatı BVF-nin ötən aprel ayında proqnozlaşdırdığından ikiqat sürətlə böyüyür. Və mənim böyümə siyasətlərim və tariflərimlə daha da sürətlə böyüməlidir. Həqiqətən inanıram ki, daha yaxşı işlər görə bilərik. Bu, bütün ölkələr üçün əla xəbərdir. ABŞ planetin iqtisadi mühərrikidir və Amerika çiçəklənəndə bütün dünya çiçəklənir. Tarix bunu göstərir. Və indi biz əvvəllər heç vaxt çatmadığımız bir səviyyədəyik. Heç vaxt düşünməmişdim ki, bunu bu qədər sürətlə edə bilərik", - deyə Tramp bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla görüşüb. Söhbət zamanı İsxak Hersoqun ölkəmizə səfərləri və dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlandı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda dünyanın IT texnologiyaları üzrə nüfuzlu şirkətlərindən biri olan Amerika Birləşmiş Ştatlarının “Dell Technologies” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Adrian Makdonald ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşüb. Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, maşınqayırma, nəqliyyat və digər sahələri əhatə edən əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı. Münasibətlərimizin dərinləşdirilməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunuldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda “Brookfield Asset Management” şirkətinin prezidenti Konnor Teski ilə görüşüb. Söhbət zamanı “Brookfield Asset Management”in real aktivlərə yönəlmiş qlobal investisiya fəaliyyəti nəzərə alınmaqla, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə investisiya baxımından maraq doğuran sahələr və mümkün layihələr barədə fikir mübadiləsi aparıldı.
Mədənçilik, bərpaolunan enerji, süni intellekt və məlumat mərkəzləri xarici investisiyaların cəlb olunması üçün əsas hədəflərdir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.
Uzun illər ərzində bizim üçün əsas prioritet enerji sektoru olub. Çünki resurslarımız bizə iqtisadi nailiyyətlərimizi artırmağa və insanların həyat səviyyəsini yaxşılaşdırmağa imkan verib.
İqtisadiyyatın şaxələndirilməsi ölkəmiz üçün birinci prioritetdir. Praktik baxımdan bu gün biz bərpaolunan enerji sahəsinə artan marağı görürük. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb. Məsrur Bərzani İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin salamlarını Prezident İlham Əliyevə çatdırdı. Salamlara görə minnətdarlığını bildirən dövlətimizin başçısı onun da salamlarını Neçirvan Bərzaniyə çatdırmağı xahiş etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibə verib. Sonra dövlətimizin başçısı “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib, müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarını cavablandırıb.