Torpaqlarımız işğaldan azad olunan andan etibarən “Azərişıq” ASC-nin əməkdaşları Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ordumuzun ardınca irəliləyərək Qarabağ və Şərqi Zəngəzurda lazımi obyektləri elektrik enerjisi ilə təmin etdi. Bildirilib ki, tezliklə doğma torpaqlarımızda Azərbaycan işığı yandı. Elektrik təsərrüfatında yenidənqurma, əsaslı təmir-bərpa bu gün də davam edir. Sərt iqlimi və yüksək dağlıq relyefi ilə seçilən Kəlbəcərin də elektrik təsərrüfatı yenidən qurulur. Qarlı-şaxtalı hava şəraitinə baxmayaraq “Azərişıq” ASC 3000 metrdən yüksək ərazilərdə fasiləsiz çalışır.