#Birinci Dünya müharibəsindən sonra dünya yenidən bölündü

Ərəb coğrafiyası onilliklər boyu imperiyaların dağılması, milli dövlətçilik institutlarının təşəkkülü və beynəlxalq maraqların kəsişdiyi strateji bölgə olmuşdur. 3 sentyabr tarixi də Yaxın Şərq və Şimali Afrika xalqlarının tarixində dövlət müstəqilliyindən tutmuş hərbi ittifaqların yaranmasına qədər mühüm addımlarla yadda qalmışdır.

1919-cu il yanvarın 18-də Fransanın paytaxtı Parisdə Birinci Dünya müharibəsindən sonra beynəlxalq nizamı müəyyənləşdirəcək sülh konfransı öz işinə başladı. Paris Sülh Konfransı müharibənin rəsmi şəkildə başa çatmasını təmin etmək məqsədilə çağırılmışdı və dünya tarixinin ən mürəkkəb diplomatik danışıqlarından biri hesab olunur. Növbəti altı ay ərzində əsas qərarlar qalib dövlətlərin – Fransa, Böyük Britaniya, ABŞ və İtaliyanın liderləri tərəfindən qəbul edildi.