İsrail Qəzza zolağında fəaliyyət göstərən fələstinli silahlı qruplara, o cümlədən “HƏMAS”a silahların tam şəkildə təhvil verilməsi üçün iki ay müddət tanıyıb. İsrail mənbələrinin bildirdiyinə görə, Tel-Əviv bu müddət ərzində “HƏMAS”ın silahsızlaşdırılmaması halında İsrail ordusunun yenidən genişmiqyaslı hərbi əməliyyatlara başlayacağı barədə xəbərdarlıq edib. Qərarın ABŞ-la tam koordinasiya şəraitində verildiyi və silahsızlanmanın məzmunu, meyarları və icrasının İsrail tərəfindən müəyyən ediləcəyi qeyd olunur.